18 mart referendumu ilə bağlı “Mövcud tərəflərin seçkilərdə rolu” mövzusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı “Mövcud tərəflərin seçkilərdə rolu” mövzusunda silsilə tədbirlər keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindəndaxil olan məlumata görə, tədbir MSK, Prezident Aparatı və ATƏT-in birgə təşkilatçılığı ilə keçiriləcək. İlk tədbir sabah Bakıda baş tutacaq. Burada Prezident Aparatının müvafiq şöbələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarını rəhbərləri, Dairə Seçki Komissiyalarının sədrləri iştirak edəcək. Daha sonra isə Gəncə, Şirvan və digər bölgələrdə də eyni mövzuda dəyirmi masa təşkil olunacaq.

2.03.2009