İki təşkilat birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) martın 18-nə təyin olunmuş referendumda “exit-poll” keçirmək üçün bu həftə ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. “ELS”-in rəhbəri İradə Yaqubova Lent.az-a bildirib ki, 118 dairə seçki komissiyası olmaqla 800 seçki məntəqəsində “exit-poll” keçirmək planlaşdırılıb. Hər məntəqədə 2 nəfər intervüyer (ümumilikdə 1600 nəfər), 4 məntəqədə isə 1 nəfər superveyzer (ümumilikdə 200 nəfər) fəaliyyət göstərəcək. Ümumilikdə 18 mart referendumunda “exit-poll” keçirmək üçün “ELS” və AVCİYA birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək. Davamı
Daily Archives: 02/23/2009
Naxçıvanda referendumla bağlı seminar-müşavirələr keçirilir
Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə hazırlığın vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə seminar-müşavirələrin keçirilməsinə başlanılıb. Naxçıvan MR MSK-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqovun verdiyi məlumata görə, bu gün ilk tədbir 4 saylı Seçki Dairəsi üzrə Naxçıvan şəhərində baş tutub. Məntəqə seçki komissiyalarının üzvlərinin və paytaxt seçicilərinin qatıldığı tədbirdə hüquqşünaslar tərəfindən konstitusiyaya ediləcək dəyişiklərin mahiyyəti izah edilib. Növbəti mərhələdə belə seminar müşavirələri muxtar respublikanın digər bölgələrini də əhatə edəcək. Davamı
Referendumla bağlı dövlət büdcəsindən ayrılan vəsait təşviqat qruplarının seçki fondlarına köçürülüb
Martın 18-də keçiriləcək referendumla bağlı Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti həmin qrupların seçki fondlarına köçürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Hər bir təşviqat qrupuna 23 min AZN ayrılıb. Seçkilərdən fərqli olaraq referendumda dövlət büdcəsindən ayrılan vəsaitin geri qaytarılması tələb olunmur. Yalnız seçki fondunda dövlət büdcəsindən alınan pulun xərclənməmiş hissəsinin geri qaytarılması nəzərdə tutulur. Davamı


