Monthly Archives: January 2009

AŞPA Azərbaycana müşahidəçilər göndərəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun dünən keçirilən iclasında Azərbaycanda keçiriləcək referenduma qurumun müşahidəçilərinin göndərilməsi barədə qərar qəbul edilib. “Azərbaycanda keçiriləcək referenduma az vaxt qaldığından, bununla bağlı Avropa Şurasının hər hansı xüsusi toplantısı olmayacaq. Büro qərara gəlib ki, böyük tərkibdə müşahidə missiyasına ehtiyac yoxdur, lakin Avropa Şurasının 10-a yaxın deputatı referendumu müşahidə edəcək” – deyə “Trend News”a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib: “Azərbaycan tərəfi heç vaxt Venesiya Komissiyasına qarşı çıxmayıb. Komissiyanın ekspertləri ilə məsləhətləşməliyik. Ancaq bu, Azərbaycan xalqının iradəsinə aid olan bir məsələdir və xalq martın 18-də fikrini və mövqeyini bildirəcək”.

Mənbə: www.apa.az

31.01.2009

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda keçiriləcək referendumla bağlı rəy verəcək

AŞ PA Monitorinq Komitəsi Venesiya Komissiyasından Azərbaycanda keçiriləcək referendumla bağlı rəy verməsini xahiş edib. Bu barədə Monitorinq Komitəsinin yanvarın 29-da keçirilən iclasında qərar qəbul olunub. Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri paketi ilə əlaqədar Venesiya Komissiyasının rəyi Monitorinq Komitəsinin mart ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Davamı

31.01.2009

MSK bir təşəbbüs qrupunu qeydə alıb, digərini isə qeydə almaqdan imtina edib

Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək referendumla bağlı yaradılan “Abad kənd” Təşəbbüs Qrupunu təşviqat qrupu kimi qeydə almaqdan imtina edib. APA-nın xəbərinə görə, MSK katibi Natiq Məmmədov deyib ki, Təşviqat Qrupu quruma 43250 imza təqdim edib. Onlardan 38 min 730-u etibarlı, 4541-i isə etibarsız hesab olunub. MSK katibi deyib ki, etibarsız sayılan imzalar əsasən şəxsiyyət vəsiqələrində məlumatların qeyri-dəqiq olması və s. məqamlarla bağlı olub. Seçki Məcəlləsinə əsasən Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almaq üçün 40 min imza tələb olunduğunu xatırladan N. Məmmədov deyib ki, etibarlı imzaların sayı az olduğu üçün “Abad kənd” Təşəbbüs Qrupu qeydə alınmayıb. Davamı

31.01.2009

MSK Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib

Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin maarifləndirilməsi məqsədilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib. MSK-nın mətbuat xidmətindən daxil olan məlumata görə, ilkin olaraq Referendum Aktı 1 milyon nüsxə nəşr edilib. 29 maddədən ibarət olan əlavə və dəyişikliklərdə Konstitusiyanın hansı maddəsinə hansı dəyişikliyin ediləcəyi göstərilib və əlavələr öz əksini tapıb. Referendum Aktı təşviqat materialı kimi küçələrə yapışdırılmaqla bərabər, həm də əhali arasında yayılacaq. Ehtiyac yaranacağı halda sonrakı mərhələdə əlavə nüsxələr də çap olunacaq. Davamı

31.01.2009

Qeydə alınan təşviqat qruplarının sayı 3 oldu

Əvvəlcə “Tərəqqi” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, təşəbbüs qrupu üçün Komissiyaya 880 imza vərəqində 44 000 imza təqdim olunub. İmzalardan 41 553-ü etibarlı, 2 447-si etibarsız sayılıb. Nəticədə “Tərəqqi” referendum üzrə təşəbbüs qrupu referendum üzrə təşviqat qrupu kimi qeydə alınıb. Davamı

31.01.2009