Daily Archives: 02/27/2009

“Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun təmsilçiləri Qazax rayonunda görüşlər keçirib

Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun təmsilçiləri Qazax rayonunda görüşlər keçirib. Təşviqat Qrupundan verilən məlumata görə, görüşlər Qazax şəhərində, rayonun Kosalar və Çaylı kəndlərində baş tutub. Tədbirlərdə Yeni Azərbaycan Partiyasının Qazax şəhər təşkilatının sədri Həmid Pənahov, “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun vəkili, millət vəkili Nizami Cəfərov, “Vətəndaş cəmiyyəti” referendum üzrə Təşviqat Qrupunun vəkili, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Gənc Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev çıxış ediblər. Çıxışlarda Konstitusiyaya əlavə və dəyişikliklərin dövlətin bu sahədə üzərinə düşən vəzifələri daha da konkretləşdirmək məqsədi daşıdığı bildirilib.

Mənbə: www.apa.az Davamı

27.02.2009

Azərbaycanda keçiriləcək referendumu izləmək üçün Norveçdən nümayəndə heyətinin gələcəyi gözlənilir

“Azərbaycanda gedən bütün siyasi hadisələri müşahidə etdiyimiz kimi, təbii ki, referendumun gedişini də müşahidə edəcəyik”. Bunu açıqlamasında Norveçin Azərbaycandakı səfiri Yon Ramberq deyib. O bildirib ki, müşahidənin hansı formada aparılacağı hələ dəqiq bəlli deyil: “Həmin vaxt mən Azərbaycanda olmayacağam. Amma təbii ki, səfirlik bu prosesin gedişini müşahidə edəcək. Ola bilsin ki, Norveçdən nümayəndə heyəti də gəlsin. Amma bu, hələ dəqiq deyil. Çünki bu barədə qərar qəbul edilməlidir”. Səfirin sözlərinə görə, Azərbaycana gəlişi gözlənilən nümayəndə heyətinin qeyri-hökumətin təşkilatlarının təmsilçilərindən ibarət olacağı

27.02.2009