Allah rəhmət eləsin!

Oktyabrın 15-də yazıçı, publisist, dramaturq, jurnalist, esseist Yusif Abbas oğlu Kərimov vəfat edib. Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur.

Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti olan Yusif Kərimovla “ELS” Müstəqil Araşdırmalar Mərkəzi kollektivinin tanışlığı 2011-ci ildə https://www.meneviservetimiz.az saytını yaradanda olmuşdur. Ölkənin ilk uşaq portalı üçün müxtəlif  illərdə qələmə aldığı “Lalə və kəpənək”, “Lətifənin xoruzu”, “Lift”, “Fərhadın qoçaqlığı”, “Balaca toplan” kimi uşaq və yeniyetmələrə ünvanladığı hekayələri məmnuniyyətlə təqdim edən yazıçının bu 5 əsərinin elektron variantı saytın “Nəşrlər” bölməsində yerləşdirilib.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Yusif müəllimin vəfatından kədərlənir, ailə üzvləri, yaxınları və dostlarına dərin hüznlə başsağlığı verir.

15.10.2018