Ekspertlər: “Bu cür təlimlər gələcək mütəxəssislərin peşəkar fəaliyyətinə stimul verir”

Oktyabrın 16-da mədən sənayesində çalışan mütəxəssislərdən dərhal sonra təlimlər “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələr üçün keçirilib. Ekspertlərin iştirakı ilə “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” mövzusu müzakirəyə çıxarılıb.

Qeyd edək ki, treninqlər “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təşkil olunub.

Təqdimat zamanı ekspertlər bu cür təlimlərin gələcək mütəxəssizlərin peşəkar fəaliyyəti üçün önəmli olduğunu vurğulayıblar. Təlimin davamında gələcək mütəxəssislərə Azərbaycan Standartlaşdırma İnstitutunda fəaliyyət göstərən fond və laboratoriyalardakı müasir avadanlıqları nümayiş etdiriblər.

Xatırladaq ki, novbəti təlimlər oktyabrın 19-da keçiriləcək.

16.10.2018