Bölmə: Layihələr

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 15 oktyabr prezident seçkisində birgə «Exit-poll» tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Beləki, adı çəkilən təşkilatlar prezident seçkisində rəsmən birgə «Exit-poll» keçirmək hüququ qazanıb. Kiv Davamı

2.10.2008

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi treninqlərin birinci mərhələsi başa çatıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə prezident seçkiləri günü keçirəcəyi “Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb. Treninqlərin birinci mərhələsində ölkə ərazisində bütün dairə və məntəqələr üzrə keçiriləcək “Exit-poll” tədqiqatında 100 nəfərdən yuxarı intervüer və 200-ə qədər supervayzerlər iştirak edib. Davamı

1.10.2008

Qaradağ, Suraxanı və Xətai rayonlarından olan intervüer və supervayzerlər təlimlərə cəlb olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 16,18,19 tarixlərində Bakının Qaradağ, Suraxanı, Xətai rayonlarında prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqin birinci mərhələsində iştirak edən iştirakçılara təlimçi tərəfəindən funksiya və vəzifələri izah olunub. Eyni zamanda təlim prosesində intervüer və supervayzerlərə «Exit-poll» tədqiqatında istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib. Təlim zamanı iştirakçılara seçki günü tədqiqat prosesində seçicilərlə işləməyin qaydaları haqqında məlumat  verilib. Təlimçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və seçki günü «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlərin siyahıları dəqiqləşdirilib. Davamı

29.09.2008

«ELS» Araşdırmalar Mərkəzi 800 məntəqədə «Exit-poll» və «Quick-count» keçirəcək

iradaİRADƏ YAQUBOVA: «BUNUNLA BAĞLI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA MÜRACİƏT ETMİŞİK»

Bu il ölkəmizdə keçirilən prezident seçkilərində bir sıra araşdırma mərkəzləri müxtəlif tədqiqatlar aparır. «ELS» Müstəqil Araşdırmalar Məkəzi isə bu ilki seçkidə respulikanı əhatə edən «Exit-poll» və «quick-count» tədqiqatını aparacaq. Mərkəzin bu istiqamətdə apardığı işlər barədə təşkilatın rəhbəri İradə Yaqubova ilə söhbət etdik. Davamı

28.09.2008

Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəydən olan intervüer və suprevayzerlər treninqə cəlb olunub

tovuz«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 20 və 21 sentyabr tarixlərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Sentyabrın 20-də ilk treninq Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarında olan intervüer və supervayzerlər üçün təşkil edilib. Burada iştirakçılara 15 oktyabr prezident seçkiləri zamanı keçirilcək «Exit-poll»un mahiyyəti haqqında məlumat verilib. Eyni zamanda təlimdə tədqiqatın keçirilmə qaydaları barədə təlimçi tərəfindən açıqlama verilib. İştirakçılar «Exi-poll»da istifadə ediləcək müvafiq sənədlərin formaları iştirakçılara göstərilib və bu həmin sənədlərlə işləmə mexanizmi barədə məlumatlandırılıblar. Təlim prosesində iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Qeyd edək ki, bu təlimdə Qazaxdan12, Ağstafadan isə 10 intervüer iştirak edib və təlim zamanı supervayzerlər seçilib. Davamı

27.09.2008