“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi treninqlərin birinci mərhələsi başa çatıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə prezident seçkiləri günü keçirəcəyi “Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb. Treninqlərin birinci mərhələsində ölkə ərazisində bütün dairə və məntəqələr üzrə keçiriləcək “Exit-poll” tədqiqatında 100 nəfərdən yuxarı intervüer və 200-ə qədər supervayzerlər iştirak edib. Təlimdə intervüer və supervayzerlərə təlimçılər tərəfindən “Exit-poll” haqqında və tədqiqatın keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin təlımlərdə iştirakçılara “Exit-poll” zamanı istifadə olunan anket və sorğu vərəqələrinin formaları göstərilib. Treninqlərin birinci mərhələsində keçirilən təlimlərdə təlimçılər ciddi problemlə qarşılaşmayıblar. Bir sıra rayonlarda “Exit-poll” tədqiqatında iştırak edəcək bəzi intervüerlər yaş və xarici görünüş kriteriyalarına cavab vermədiyi üçün ehtiyatda olan intervüerlərlə əvəzlənib. Eyni zamanda təlimlərdə ATƏT-in Bakı ofisinin nümayəndələri Xose Luis Menendez, Botagöz Əbilova iştirak ediblər və onlar treninqin keçirilmə səviyyəsindən razılıqlarını bildiriblər. Bundan başqa treninqlərin birinci mərhələsində keçirilən təlımlərə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova da qatılıb və “Exit-poll”un keçirilmə qaydaları ilə bağlı intervüer və supervayzerlərə tövsiyyələrini verib. Xatırladaq ki, treninqlərin birinci mərhələsi sentyabrın 22-də başa çatıb və namizədlərin dəqiq siyahısı təsdiqləndikdən sonra sentyarın 27-də treninqlərin ikinci mərhələsinə start veriləcək.

1.10.2008