«ELS» Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 15 oktyabr prezident seçkisində birgə «Exit-poll» tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Beləki, adı çəkilən təşkilatlar prezident seçkisində rəsmən birgə «Exit-poll» keçirmək hüququ qazanıb. Kiv

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 15 oktyabr prezident seçkisində birgə «Exit-poll» tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Beləki, adı çəkilən təşkilatlar prezident seçkisində rəsmən birgə «Exit-poll» keçirmək hüququ qazanıb.

Qeyd edək ki, MSK-nın 19 sentyabr 2008-ci il tarixli qərarına əsasən, «Exit-poll» keçirən qeyri-hökumət təşkilatları səsvermə gününə azı 20 gün qalmışadək akkreditasiyadan keçmək bardə yazılı müraciət etməlidir. Eyni zamanda bu müraciətdə «Exit-poll» keçirən QHT-lər barədə məlumatlar  əks etdirən hüquqi sənədlər və tədqiqatın keçirilmə üsul və vasitələri haqqında yazılı informasiya yer almalıdır. MSK isə müraciət daxil olduğu gündən başlayaraq 10 gün müddətində müraciətə baxır, təqdim olunan sənədlər araşdırılır və təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edir.

Xatırladaq ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA 800 məntəqədə birgə «Exit-poll» tədqiqatı aparacaq. Bunun üçün seçki günü «Exit-poll» keçirəcək intervüer və supervayzerlər treninqlərə cəlb olunub. Təşkilat tərəfindən treninqlərin birinci mərhələsi başa çatıb və sentyabrın 27-dən başlayaraq ikinci mərhələyə start verilib.

2.10.2008