Qaradağ, Suraxanı və Xətai rayonlarından olan intervüer və supervayzerlər təlimlərə cəlb olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 16,18,19 tarixlərində Bakının Qaradağ, Suraxanı, Xətai rayonlarında prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqin birinci mərhələsində iştirak edən iştirakçılara təlimçi tərəfəindən funksiya və vəzifələri izah olunub. Eyni zamanda təlim prosesində intervüer və supervayzerlərə «Exit-poll» tədqiqatında istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib. Təlim zamanı iştirakçılara seçki günü tədqiqat prosesində seçicilərlə işləməyin qaydaları haqqında məlumat  verilib. Təlimçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və seçki günü «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlərin siyahıları dəqiqləşdirilib.

29.09.2008