Qlobal iqlim dəyişməsinin ictimai müzakirələr

ADA_meclis_01Yanvar ayının 25-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) iqlim dəyişməsi və qlobal istiləşməyə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyev, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, akademik, “UNESCO”-nun İnsan və Biosfer məsələləri üzrə Milli komitəsinin sədri Orxan Ələkbərov, ATƏT-in Bakı ofisinin əməkdaşı İqtisadi vəƏtraf mühit şöbəsinin işçisi Robert Zahn iştirak etmişdirlər. “ADA Məclis”in aparıcısı Fariz İsmayılzadə Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan olunması və bununla bağlı ortaya çıxan məsələlər haqda sualları qonaqlara ünvanlamışdır. Qeyd edilmişdir ki, keçən ay Kopenhagendə keçirilən sammitdə hava temperaturunun 2-3 dərəcə istiləşməsinin qarşısını almaq məqsədi ilə karbon dioksidin havaya atılmasının azaldılması qərara alınmışdır. Çıxış edən Məclis iştirakçıları Azərbaycanda son zaman bu istiqamətdə mühüm işlərin aparıldığını söyləmişlər. Respublika ərazisində alternativ enerji mənbələrindən istifadə edən stansiyaların quraşdırılması, enerjiyə qənaətedici texnologiyaların inkişaf etdirilməsi, Bakının Balaxanı qəsəbəsində zibil kütlələrinin yığışdırılması və Avropa standartlarına uyğun zibili emal edən stansiyanın tikintisinə başlanması göz qabağındadır. Lakin bunlarla paralel insanların maarifləndirilməsi məsələləsinin də vacib olduğu vurğulanmışdır. İclasda iştirak edən ekoloji QHT təmsilçilərinə də söz verilmişdir. Onlar da öz növbəsində bu istiqamətdə apardıqları işlər barəsində məlumat vermişdilər. Qeyd etmək istərdik ki, Məclisin gedişi ictimai televiziya tərəfindən lentə alınmış və yanvar ayının 31-də İctimai televiziya kanalında “ADA Məclisi” verilişində yayımlanmışdır.Yanvar ayının 25-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) iqlim dəyişməsi və qlobal istiləşməyə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyev, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, akademik, “UNESCO”-nun İnsan və Biosfer məsələləri üzrə Milli komitəsinin sədri Orxan Ələkbərov, ATƏT-in Bakı ofisinin əməkdaşı İqtisadi vəƏtraf mühit şöbəsinin işçisi Robert Zahn iştirak etmişdirlər. “ADA Məclis”in aparıcısı Fariz İsmayılzadə Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan olunması və bununla bağlı ortaya çıxan məsələlər haqda sualları qonaqlara ünvanlamışdır. Qeyd edilmişdir ki, keçən ay Kopenhagendə keçirilən sammitdə hava temperaturunun 2-3 dərəcə istiləşməsinin qarşısını almaq məqsədi ilə karbon dioksidin havaya atılmasının azaldılması qərara alınmışdır. Çıxış edən Məclis iştirakçıları Azərbaycanda son zaman bu istiqamətdə mühüm işlərin aparıldığını söyləmişlər. Respublika ərazisində alternativ enerji mənbələrindən istifadə edən stansiyaların quraşdırılması, enerjiyə qənaətedici texnologiyaların inkişaf etdirilməsi, Bakının Balaxanı qəsəbəsində zibil kütlələrinin yığışdırılması və Avropa standartlarına uyğun zibili emal edən stansiyanın tikintisinə başlanması göz qabağındadır. Lakin bunlarla paralel insanların maarifləndirilməsi məsələləsinin də vacib olduğu vurğulanmışdır. İclasda iştirak edən ekoloji QHT təmsilçilərinə də söz verilmişdir. Onlar da öz növbəsində bu istiqamətdə apardıqları işlər barəsində məlumat vermişdilər. Qeyd etmək istərdik ki, Məclisin gedişi ictimai televiziya tərəfindən lentə alınmış və yanvar ayının 31-də İctimai televiziya kanalında “ADA Məclisi” verilişində yayımlanmışdır.

ADA_meclis_02

3.02.2010