Bölmə: Xəbərlər

Bakı məktəblərində buraxılış imtahanı keçirilir

imtahan-gunuBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.

İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

2.06.2015

ANONS! İyunun 3-də “ELS” yenidən İctimai Televiziyanın efirində

20150501_110938(0)İyunun 3-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 6 verilişdən sonuncu efirə gedəcək.

Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq  Mərkəzinin direktoru Həsən Qaralov “Açıq dərs” verilişində “Uşaqların asudə vaxtının təşkili” mövzusu ətrafında müzakirələr aparacaqlar.

Beləliklə, iyunun 3-də saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq növbəti və sonuncu buraxılışı qaçırmayın!  FOTOQALEREYA Davamı

1.06.2015

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Ushaqlar-gunuBu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.

1.06.2015

“Sehrli alma” baletinin premyerası oldu

20150531-Sehrli-almaOqtay Zülfüqarov 86-cı baharını belə qeyd etdi

Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” baletinin premyerası keçirildi. İki pərdədən ibarət balet “Məlikməmməd” nağılının motivləri əsasında səhnələşdirilib.

Anşlaqla keçən premyeranı böyüklərlə bərabər uşaqlar da çox böyük maraqla izləyirdi. Peşəkar ifa, dimamiklik, hər kəsə aydın musiqi, möhtəşəm kostyum seçimi, bir sözlə, səhnədə hər şey vəhdət təşkil edirdi.

86 yaşını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qeyd edən bəstəkarı alqış və gül yağışına tutan tamaşaçılar gözəl anlar yaşadıqlarına görə Milli Metrə minnətdarlığını bildirirdi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi sevimli bəstəkarı doğum günü və anşlaqla keçən premyara münasibətilə ürəkdən təbrik edir, yeni-yeni əsərlər gözləyir!  VIDEO Davamı

1.06.2015

Azərbaycan Respublika Gününü qeyd edir

b25773082003814551ff26a957e173a5Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. Düz 97 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir. Davamı

28.05.2015