“Sehrli alma” baletinin premyerası oldu

20150531-Sehrli-almaOqtay Zülfüqarov 86-cı baharını belə qeyd etdi

Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” baletinin premyerası keçirildi. İki pərdədən ibarət balet “Məlikməmməd” nağılının motivləri əsasında səhnələşdirilib.

Anşlaqla keçən premyeranı böyüklərlə bərabər uşaqlar da çox böyük maraqla izləyirdi. Peşəkar ifa, dimamiklik, hər kəsə aydın musiqi, möhtəşəm kostyum seçimi, bir sözlə, səhnədə hər şey vəhdət təşkil edirdi.

86 yaşını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qeyd edən bəstəkarı alqış və gül yağışına tutan tamaşaçılar gözəl anlar yaşadıqlarına görə Milli Metrə minnətdarlığını bildirirdi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi sevimli bəstəkarı doğum günü və anşlaqla keçən premyara münasibətilə ürəkdən təbrik edir, yeni-yeni əsərlər gözləyir!  VIDEO

1.06.2015