Bakı məktəblərində buraxılış imtahanı keçirilir

imtahan-gunuBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.

İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

2.06.2015