Bölmə: Xəbərlər

“ELS” Zaqatalada təlimləri başa çatdırdı

Zaqatala20151024Oktyabrın 24-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zaqatala rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Treninqə könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, 12 sualdan ibarət anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zaqatalada “ekzit-poll” tədqiqatının aparılacağı seçki məntəqələrinin monitorinqini da keçiriblər.

Xatirladaq ki, oktyabrın 17-də regionlarda start götürən təlimlər uğurla davam edir və oktyabrın 28-də başa çatmalıdır.“Ekzit-poll” tədqiqatı səsvermə günü ölkənin 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

24.10.2015

Zərdab-Ağcabədi rayonlarının treninqləri başa çatıb

Zərdab-Ağcəbədi_23.10.2014Oktyabrın 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mütəxəssisləri “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zərdab-Ağcabədi supervayzer və intervüerləri üçün təlimlər keçiriblər. Belə ki, “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri izah edilmişdir. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zərdab və Ağcabədinin seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

23.10.2015

“Ekzit-poll” mütəxəssisləri Şamaxıda təlim keçiriblər

Shamaxi201510232015-ci Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 23-də Mərkəzin  təlimçiləri Şamaxıda supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Treninq zamanı onlara “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Şamaxıda seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, hazırda “ELS”-ın nümayəndələri “Ekzit-poll” tədqiqatı ilə bağlı regionlarda təlimlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

23.10.2015

Parlament seçkilərində 1000 seçki məntəqəsində “veb-kamera” quraşdırılacaq

Msk2015Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. АPA-nın məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “veb-kamera”lardan istifadə məsələsində baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “veb-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “veb-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir:

“Bu il də 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırmağa nail olacağıq. Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin”… Davamı

23.10.2015

Sabahdan dairələrə seçki bülletenlərinin çatdırılmasına başlanacaq

Qutu3“Seçki bülletenlərinin çapı artıq başa çatıb”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, seçki bülletenlərinin dairələrə paylanmasına sabahdan başlanılacaq.

MSK sədri bülletenlərin ilkin olaraq Naxçıvandakı seçki dairələrinə, sonra isə Azərbaycanın digər ucqar regionlarındakı dairələrə, nəhayət ən sonda Sumqayıt, Abşeron və Bakıdakı dairələrə paylanacağını bildirib.

MSK sədri parlamentə seçkilərlə bağlı təşviqatın zəif aparılması ilə bağlı fikirlərin yanlış olduğunu qeyd edib: “Əvvəlki seçkilərlə müqayisədə indi təşviqat daha çox sosial şəbəkələrdə aparılır, bunu nəzərə almaq lazımdır”.

21.10.2015