Bölmə: Xəbərlər

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

İradə_Yaqubova_TrendBu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Trend İnformasiya Agentliyinin dəstəyi ilə Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə “exit poll” keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, Mərkəzin sədri İradə Yaqubova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və “exit poll” keçirməsi qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Mərkəzin “exit poll” keçirmək sahəsində geniş təcrübəsi var: “Bizim təşkilatımız 2008-ci ildən bəri keçirilən bütün seçkilərində “exit poll” keçirib”.

İ.Yaqubova qeyd edib ki, Mərkəz 118 dairə üzrə 1180 seçki məntəqəsində “exit poll” keçirəcək… Davamı

27.10.2015

“ELS” 118 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

İradə_Yaqubova_2015(1)Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll”-la bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.

Onun sözlərinə görə, bu il də “exit poll” keçirməkdə məqsəd seçki məntəqələrini tərk edən seçicilər arasında sorğu keçirməkdir: “Hər seçki məntəqəsinin çıxışında əməkdaşlarımız seçicilərə yaxınlaşıb anonim anketlərin doldurulmasını təklif edir. Anket seçici tərəfindən doldurulur və şəffaf qutuya salınır”. O qeyd edib ki, bu il 118 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçiriləcək: “”Exit poll”un keçirilməsinə 2600 kadr cəlb olunub”.

27.10.2015

Azərbaycanda parlament seçkilərini 53 ölkəni təmsil edən müşahidəçilər izləyəcək

3“Hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər”. Trend-in məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Secki2015.az” saytına açıqlamasında deyib. MSK sədri bildirib ki, seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək:

“Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar palatası, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər… Davamı

26.10.2015

Azərbaycanda parlament seçkilərini izləyəcək AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb

Ashpa Yorki CuklaninAŞPA partiyalararası nümayəndə heyəti Yordi Çuklanın rəhbərliyi ilə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. APA-nın xəbərinə görə, bu barədə məlumat AŞPA-nın saytında yer alıb. Məlumatda bildirilir ki, 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri ilə görüşəcək.

Nümayəndə heyəti, həmçinin media nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri, o cümlədən Bakıdakı diplomatlarla seçki kampaniyası ilə bağlı qiymətləndirmələrini dinləmək üçün dəyirmi masa təşkil edəcək… Davamı

26.10.2015

Azərbaycanda Milli Məclisə seçkilərdə səsvermə proseduru açıqlanıb

Secki menteqesiAPA-nın məlumatına görə, noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində  səsverməyə hazırlıq işlərinə başlanacaq. Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

26.10.2015