Şuşa şəhərinin işğalından 20 il ötür

shusha1992Düz 20 il əvvəl qədim, zəngin tarixə və mədəniyyətə malik Şuşa şəhərinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edən Arkadi Ter-Tadevosyan hazırlayıb. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı döyüşçü müqavimət göstərsə də şəhərin işğalı ermənilərə o qədər də asan başa gəlməyib. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralanıb, 480-i həlak olub, 25 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə isə bu günə qədər də heç bir məlumat yoxdur.
Bununla da ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edib, o cümlədən Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

8.05.2012