Bu gün, aprelin 9-da Bolqarıstanın Azərbaycanda prezident seçkilərini müşahidə edən GİSDİ – Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü aprelin 11-nə təyin olunmuş prezident seçkilərində “Ekzit-poll” tədqiqatını həyata keçirəcək ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında olublar. FOTOQALEREYA Davamı
Bölmə: Ana səhifə
AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb
Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb. Davamı
Sabah Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır
Sabah aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Davamı
MSK: Prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb. Məlumatı MSK-nın Media və ictimai əlaqələr şöbəsinə istinadən APA yayıb. Davamı
ELS-ın Seçki Qərargahında “exit-poll” tədqiqatına son hazırlıq işləri gedir
ELS Müstəqil Araşdırmalar Mərkəzi aprelin 11-də həyata keçirəcək “exit-poll” tədqiqatına hazırlıq işlərini davam etdirir. Ötən gündən etibarən təşkilatın “Ambassador Hotel”dəki Seçki Gərargahında “exit-poll” üçün tələb olunan müvafiq sənədlərin və ləvazimatların regionlara göndərilməsi prosesi başlanıb. Davamı


