AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb.

Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər. 33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.

9.04.2018