Bölmə: Ana səhifə

“Ekzit-poll” – 10:00

Aprelin 11-də saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 118 seçki dairəsinin 300 məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 17,73%-i iştirak edib. FOTOQALEREYA Davamı

11.04.2018

Bu gün Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, bu il fevralın 5-də prezident İlham Əliyev Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Fevralın 6-da MSK-nın qərarına əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Davamı

11.04.2018

ELS “Ekzit-poll” tədqiqatına hazırdır

Son hazırlıq işləri başa çatdı

Aprelin 10-da ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında 2018-ci il prezident seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində son təlimlər keçirilmişdir. FOTOQALEREYA Davamı

10.04.2018

Azərbaycanda “səssizlik günü” başlayıb

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb, bu gün – aprelin 10-u saat 08.00-da dayandırılıb. Davamı

10.04.2018