ELS-ın Seçki Qərargahında “exit-poll” tədqiqatına son hazırlıq işləri gedir

ELS Müstəqil Araşdırmalar Mərkəzi aprelin 11-də həyata keçirəcək “exit-poll” tədqiqatına hazırlıq işlərini davam etdirir. Ötən gündən etibarən təşkilatın “Ambassador Hotel”dəki Seçki Gərargahında “exit-poll” üçün tələb olunan müvafiq sənədlərin və ləvazimatların regionlara göndərilməsi prosesi başlanıb.

Yaxın iki gün ərzində sənədlər və ləvazimatlar Bakı, Abşeron Sumqayıtda da işləyəcək intervüer və supervayzerlərə çatdırılacaq.

Aprelin 11-də 118 seçki dairəsinin 300 məntəqəsində tədqiqatı 85 supervayzer, 600 intervüer həyata keçirəcək ki, onlar arasında “exit-poll”a yeni qoşulan gənclərlə yanaşı peşəkarlar da var.

8.04.2018