Bölmə: Ana səhifə

AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri

AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri

Bu gün «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) «Exit-poll» tədqiqatını 2008-ci il 15 oktyabr prezident seçkilərində ölkənin 800 seçki məntəqəsində həyata keçirib. Sorğuda seçki məntəqəsindən səs verib çıxan seçicilər iştirak edib. Seçicilərin seçimi əvvəldən tapşırıqda verilən addıma əsasən aparılıb. Seçicilərə sorğu anketini doldurmaq təklif edilib və bu zaman onların verdiyi məlumatın anonim olması üçün bütün lazımi şərait yaradılıb. Sorğu seçicilərin tərəfindən müsbət qarşılanıb, belə ki, müsahibədən imtina halları cəmi 4,8% təşkil edib. Davamı

15.10.2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi treninqlərin ikinci mərhələsinə başladı

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə 15 oktyabr prezident seçkilərində keçirəcəyi «Exit-poll» tədqiqatı ilə bağlı treninqlərin ikinci mərhələsinə start verib. İntervüer və supervayzerlərin hazırlanması məqsədilə təlimçi və koordinatorlara treninqlərin ikinci mərhələsində görüləcək işlər barədə ətraflı məlumat verilib. Təlimçi və koordinatorlarla görüş zamanı intervüer və supervayzerlərin hazırlanması məqsədilə keçiriləcək təlimlərin ikinci mərhələsində «Exit-poll» tədqiqatında istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları ilə tanış olublar. Eyni zamanda həmin sənədin hazırlanmış sonuncu variantı intervüer və supervayzerlərlə tanış olması məqsədilə nümunələri təlimçilərə verilib. Görüşdə seçki günü «Exit-poll» keçirən intervüer və supervayzerlərin xüsusi geyimlərlə təmin olunacağı diqqət çatdırılıb. Davamı

12.10.2008

«Quick-count» tədqiqatı ilə bağlı müşahidəçilər treninqlərə cəlb olunub

qk1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Quick-count» tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Oktaybrın 11-də  prezident seçkilərində  «Quick-count» tədqiqatı aparacaq 6 müşahidəçi bu məqsədlə təlimlərdə iştirak edib. Təlim prosesində iştirakçılara təqiqatın mahiyyəti haqqında ətraflı məlumat verilib. Sonra isə təlimçi tərəfindən «Quick-count» tədqiqatının keçirilmə üsul və vasitələrindən danışıb. Həmçinin seçki günü tədqiqatı  reallaşdıracaq müşahidəçilərə onların funksiya və vəzifələrinin nədən ibarət olması barədə məlumat verilib. Treninqin sonunda müşahidəçiləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Davamı

11.10.2008