Bölmə: Ana səhifə

Treninqlərin ikinci mərhələsi Göyçay, Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında yekunlaşıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 4-də Göyçay, Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər təlimlərə cəlb olunub. İlkin olaraq, treninqlərin ikinci mərhələsində keçirilən təlimdə Göyçay rayonu üzrə seçki günü «Exit-poll» tədqiqatını aparacaq intervüer və supervayzerlər iştirak edib. Müvafiq qaydalar iştirakçılara yenidən izah edildikdən sonra «Exit-poll»un keçirilməsi prosesi əyani şəkildə göstərilib. Treninq zamanı qarşıya çıxan suallar təlimçi tərəfindən cavablandırılıb. Davamı

8.10.2008

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi növbəti ekspress rəy sorğusunun nəticələrini açıqlayıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkədə seçkiqabağı vəziyyətin öyrənilməsi ilə bağlı sentyabrın 16-25-də növbəti ekspress rəy sorğusu keçirib. Sorğuda bütün dairələri əhatə etmək şərti ilə 12500 respondent iştirak edib. Ekspress rəy sorğusu  Azərbaycanda ictimai siyasi vəziyyətin, həmçinin oktyabrda keçiriləcək prezident seçkisində ölkə vətəndaşlarının səs verəcəkləri namizədlə bağlı fikir və düşüncələrinin öyrənilməsinə yönəlib. Ekspress rəy sorğusunda rəyi soruşulanların fikir və mülahizələrinə söykənən məlumatlar tədqiqatın əsas mövzusu olmaqla “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları tərəfindən araşdırılaraq təhlil edilib. Davamı

2.10.2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 15 oktyabr prezident seçkisində birgə «Exit-poll» tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Beləki, adı çəkilən təşkilatlar prezident seçkisində rəsmən birgə «Exit-poll» keçirmək hüququ qazanıb. Kiv Davamı

2.10.2008

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi treninqlərin birinci mərhələsi başa çatıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə prezident seçkiləri günü keçirəcəyi “Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb. Treninqlərin birinci mərhələsində ölkə ərazisində bütün dairə və məntəqələr üzrə keçiriləcək “Exit-poll” tədqiqatında 100 nəfərdən yuxarı intervüer və 200-ə qədər supervayzerlər iştirak edib. Davamı

1.10.2008

Qaradağ, Suraxanı və Xətai rayonlarından olan intervüer və supervayzerlər təlimlərə cəlb olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 16,18,19 tarixlərində Bakının Qaradağ, Suraxanı, Xətai rayonlarında prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqin birinci mərhələsində iştirak edən iştirakçılara təlimçi tərəfəindən funksiya və vəzifələri izah olunub. Eyni zamanda təlim prosesində intervüer və supervayzerlərə «Exit-poll» tədqiqatında istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib. Təlim zamanı iştirakçılara seçki günü tədqiqat prosesində seçicilərlə işləməyin qaydaları haqqında məlumat  verilib. Təlimçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və seçki günü «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlərin siyahıları dəqiqləşdirilib. Davamı

29.09.2008