15:00-a olan ilkin məlumatlara görə seçkilərdə əhalinin ümumi fəallığı 53,4 faiz olub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi bu gün Azərbaycanda keçirilən prezident seçkilərində «Exit-poll» tədqiqatının aparılması ilə bağlı artıq fəaliyyətə başlayıb. Səhər saat 07:30-dan başlayaraq telefon və operatorların işinə start verilib.

Həmçinin intervüer və supervayzerlərin verdikləri ilkin məlumata görə, hazırda onlar məntəqələrin qarşısında yerlərini müəyyənləşdiriblər. Onlar dairə və məntəqə komissiya rəhbərləri tərəfindən dislokasiya ilə bağlı yaranmış problemlə bağlı təşkilata müraciət ediblər. Məsələ ilə bağlı MSK-ya ünvanlanan müraciət nəticəsində problem aradan qaldırılıb. İntervüer və supervayzerlərin işi ilə əlaqdar hələ ki, heç bir ciddi problem qeydə alınmayıb. Hazırda «Exit-poll» keçirilən məntəqələrdə intervüer və supervayzerlər tam hazırlıq vəziyyətinə gətirilib. Saat 15:00-a olan ilkin məlumatlara görə, respublika üzrə seçicilərin fəallığı 53,4 faiz olub.

Xatırladaq ki, bu gün keçirilən prezident seçkilərində «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası birgə respublika üzrə 800 məntəqədə «Exit-poll» və «Quick-count» tədqiqatı həyata keçirir.

15.10.2008