2014-cü il tarixdə ən isti il olacaq

isti_hava2014-cü il meteomüşahidə tarixində ən ist il ola bilər.Dünyanın bir regionun sakinlərini çoxsaylı yanğınlar və quraqlıq, digər regionun sakinlərini isə leysan və daşqınlar gözləyir. Təbii kataklizmin səbəbkarı isə «El-Nino» fenomenidir. Bu barədə Almaniyanın Gissen Universitetinin alimləri bildirib. Ekspertlər artıq çoxdandır ki, Sakit okeanın ekvatorial hissəsində suyun üst qatında temperatur dəyişməsinə təsir edən «El-Nino»nu izləyirlər.

Bu yaxınlaradək onun havaya təsirinin yalnız qısamüddətli proqnozları tərtib edilirdi. Əvvəllər alimlər əsrin sonunda təbii fəlakətlərin sayının artacağını proqnozlaşdırmışdılar. Bu da özünü doğrultdu. Alman alimlərinin yeni araşdırmaları göstərir ki, iqlimin ciddi dəyişikliyinin 75% ən yüksək ehtimalla bu il gözləmək lazımdır. Onlar əvvəllər Sakit okeanın şərq hissəsində suyun temperaturunun dəyişməsini təhlil ediblər. Məlum olub ki, qlobal istiləşmə suyun temperaturunu daha sürətlə qızdırır. Bu isə düşən yağışa təsir edir. Nəticədə dünyanın bir hissəsində leysan və sel, digər hissəsində isə dağıdıcı quraqlıq və meşə yanğınları baş verəcək.
Güclü ekvatorial külək səbəbindən bu proqnozlar altı ayla məhdudlaşır. Alman alimləri okeanın müxtəlif hissələrində suyun səthindəki atmosferin temperaturunu ölçüblər və təsdiq edirlər ki, «El-Nino» artıq formalaşıb. Deməli, quraqlıq və daşqınlar 2014-cü ilin sonuna gözlənilir.

23.04.2014