ELS təbrik edir!

Oqtay_RecebovBəstəkar və pedaqoq Oqtay Rəcəbov növbəti baharını qeyd edir

Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi  üzvü, professor, bəstəkar və pedaqoq, uşaq mahnılarının mahir yaradıcısı kimi tanınan Oqtay Rəcəbov bu gün 73 yaşını qeyd edir. “Anam Azərbaycan”. “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən” mahnıları ilə xalqın ürəyinə yol tapmış, Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıtmış sənətkar eyni zamanda uşaqlar üçün də musiqi əsərləri yazmış və  bu gün ümumtəhsil məktəblərində tədris olunan bir çox musiqi dərsliklərinin müəllifidir.

O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib, beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazıb.

Artıq bir necə ildir ki, Oqtay Rəcəbov layihələrimizin həyata keçirilməsində dəyərli fikir və məsləhətləri ilə bizə kömək edir. Hər zaman səsimizə səs verən, bizdən öz yardımını əsirgəməyən, ömrünü  Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı,  yaradıcılığında yeni uğurlar arzulayırıq.

5.05.2014