Bölmə: Ana səhifə

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur

MekteblilerAPA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedir. Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək. Davamı

15.09.2014

Təhsil Nazirliyi: Şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması barədə təlimat verilməyib

7497096f8475Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın orta məktəblərində şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib. Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır. Sorğuya cavab olaraq həmçinin qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib. Davamı

9.09.2014

Yeni tədris ilinin ilk günündə Bakıda hava necə olacaq?

pervoklassniki_azerbaydzhan_shkolaYeni tədris ilinin ilk günündə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti gözlənilir. Day.az saytının məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. Bu gün və sabah hava isti olacaq, amma sentyabrın 10-dan Bakıda və Abşeron yarımadasında fasilələrlə şimali-qərb küləyi əsəcək. Davamı

9.09.2014

ELS təbrik edir!

Gulnaz_AbdullazadeBu gün, sentyabrın 7-də Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz xanım Abdullazadənin doğum günüdür. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifi G.Abdullazadə daim yaradıcılıq axtarışındadır.

Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdıran musiqiçi 40-a yaxın elmi əsərin və monoqrafiyaların müəllifidir.

Artıq bir neçə ildir ki, Gülnaz xanım Abdullazadə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına dair layihələrində iştirak edir.  Ötən il o, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin həmsədri olmuş və layihənin uğurla başa çatmasında onun da danılmaz xidmətləri vardır.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi yüksək mədəniyyəti, alicənablığı və xanımlığı ilə seçilən sənətkarı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik, yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.

7.09.2014

Prezident İlham Əliyev Bakıda növbəti yol qovşağının açılışında iştirak edib

Ilham_Aliyev_yolun_acilisiSentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində (“Xutor dairəsi”) inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib. APA-nın xəbərinə görə, bu qovşağın inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək. Davamı

1.09.2014