Bölmə: Ana səhifə

Azərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara ən çox hansı adların verildiyi açıqlanıb

Adlar_siyahisiAzərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, bu ilin 9 ayı ərzində doğulmuş oğlan uşaqlarından 2702 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Əli (1735), Hüseyn (1705), Ömər (1098), Məhəmməd (962), İbrahim (644), Kənan (616),  Nihad (609) adları da var. Davamı

25.09.2014

Prezident İlham Əliyev: “Xalq ilə iqtidar arasındakı birlik bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir”

c63b96590f1cf092a6750f034f9d7277“Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlayıb və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir”. APA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev  sentyabrın 22-də əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə  tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı gələcək illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini qeyd edib. Davamı

24.09.2014

Nazirlər Kabinetində 2015-ci ilin dövlət büdcəsi müzakirə olunub

Azerbaycan Nazirler Kabineti 160112Bu gün Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib. “APA-Economics” AzərTAc-a istinadən xəbər verir ki, iclas zamanı A. Davamı

24.09.2014

Yas, yoxsa yemək mərasimi?

irade-yaqubova-1Rəhmətlik Əzizə Cəfərzadənin son müsahibələrindən biri yas mərasimlərinə həsr olunmuşdu. Onun səsindəki böyük bir kədər bu günədək qulağımdadır. Ərəb ölkələrində keçiriləm yas mərasimlərindən danışan Əzizə xanım, milli ənənələrimizin əcaib transformasiyalara uğrayaraq mərasimin mənasını dəyişdirməsini vurğulayırdı. Davamı

23.09.2014

BMT: “Quş qripi”nin yeni növü aşkarlanıb

1516565615Cənub-Şərqi Asiyada “quş qripi”nin yeni növü aşkarlanıb. APA-nın xəbərinə görə, bu xəbərdarlıqla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib. Bildirilir ki, H5N6 virusuna bu ilin aprelində Çində, daha sonra Laos və Vyetnamda rast gəlinib. Hələlik bu virus insanlarda aşkarlanmasa da, FAO onun regionun iqtisadiyyatı və heyvandarlığı üçün təhlükəli olduğunu bəyan edib. Davamı

23.09.2014