ELS təbrik edir!

Gulnaz_AbdullazadeBu gün, sentyabrın 7-də Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz xanım Abdullazadənin doğum günüdür. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifi G.Abdullazadə daim yaradıcılıq axtarışındadır.

Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdıran musiqiçi 40-a yaxın elmi əsərin və monoqrafiyaların müəllifidir.

Artıq bir neçə ildir ki, Gülnaz xanım Abdullazadə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına dair layihələrində iştirak edir.  Ötən il o, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin həmsədri olmuş və layihənin uğurla başa çatmasında onun da danılmaz xidmətləri vardır.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi yüksək mədəniyyəti, alicənablığı və xanımlığı ilə seçilən sənətkarı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik, yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.

7.09.2014