Yeni tədris ilinin ilk günündə Bakıda hava necə olacaq?

pervoklassniki_azerbaydzhan_shkolaYeni tədris ilinin ilk günündə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti gözlənilir. Day.az saytının məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. Bu gün və sabah hava isti olacaq, amma sentyabrın 10-dan Bakıda və Abşeron yarımadasında fasilələrlə şimali-qərb küləyi əsəcək.

Sentyabrın 10-dan sonra havanın temperaturu ötən günlərlə müqayisədə küləkli hava şəraiti üstünlük təşkil edəcək. İlkin proqnozlara görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gözlənilir, 10-15 sentyabr tarixlərində havanın temperaturu 30 dərəcədən artıq olmayacaq.

9.09.2014