Bölmə: Ana səhifə

Mənəviyyat “zəncirinin” cəngavəri

Baba_Veziroglu_525461Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sevimli şairimiz Baba Vəziroğlunun doğum günüdür.   Fəlsəfi-psixoloji çalarlarla zəngin olan bir sıra maraqlı nəsr əsərlərinin, o cümlədən mindən artıq mahnının müəllifi 40 il əvvəl olduğu kimi bu gün də yaradıçılıq axtarışındadır.

Mahnılarda yaşayan misraları ilə o, minlərlə insanın ürəyinə yol tapıb. Bəstəkarlığı ilə yanaşı bu gün Baba Vəziroğlu ölkənin ictimai həyatında da fəal iştirak edir. 2011-ci ildən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihələrinə dəstək verən və  onların həyata keçirilməsində yaxından iştirak edən şair “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər heyəti olmuş və öz dəyərli tövsiyyələri ilə qalib mahnıların seçilməsində aparıcı rol oynamışdır.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi sevimli şairimizi doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılığında yeni uğurlar arzu edir.  

10.01.2015

Bu il Azərbaycan Milli Məclisinə seçkilərin keçirilməsi üçün 41,8 milyon manat ayrılıb

Milli_Meclis_2Azərbaycanda 2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb. APA-nın məlumatına görə, dövlət büdcəsində “Ümumi dövlət xidmətləri” bölməsi üzrə “Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri xərcləri”ndən xərclərindən əsasən ölkədə seçicilərin qeydiyyatı, seçkilərin, referendumların keçirilməsi, respublika miqyaslı siyahıyaalınma və statistika sistemində islahatların aparılması xərcləri maliyyələşdirilir. Davamı

8.01.2015

Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda başsağlığı verib

Ilham Eliyev Imzalanma 130510Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib. APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

8.01.2015

Fransada Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnala basqın olub, 11 nəfər öldürülüb

Fransa-07.01.2014Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.APA-nın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.

İlkin informasiyalara əsasən hadisə zamanı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb. Davamı

7.01.2015

Sürücülərə qarlı hava şəraiti ilə bağlı xəbərdarlıq olunub

Qar2015Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. DYP-dən fins.az-a verilən məlumata görə, yol polisi sürücülər və avtomobil sahiblərinə yaxın günlərdə Azərbaycanda havaların qarlı, şaxtalı keçəcəyini nəzərə alaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyyə edir.

“Artıq respublikanın bir sıra bölgələrində qar yağacağı, yolların səthinin buz bağlayacağı barədə xəbərdarlıq edilib. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Sürücülər xüsusi qış təkərlərindən istifadə etməlidirlər”- məlumatda deylir. Davamı

6.01.2015