Bölmə: Ana səhifə

Prezident İlham Əliyevin Azərbaycanın şimal-qərb bölgəsinə səfəri başlayıb

Ilham_Aliyev_sefer_090512Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, səfər Zaqatala rayonundan başlanıb. Zaqatala Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib.

Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun yardımı ilə tikilən körpələr evi – uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılış mərasimlərinə qatılıb.

Prezident İlham Əliyev Zaqataladan Şəki rayonuna gedib. Dövlət başçısı Şəkidə də bir sıra obyektlərin açılışında iştirak edəcək.

4.11.2015

“Ekzit-pol” tədqiqatı “Yeni gün” proqramının canlı efirində

04.11.2015itvİradə Yaqubova canlı efirdən hər kəsə dərin minnətdarlığını bildirdi

Noyabrın 4-də İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2015-ci il noyabrın 1-də ölkədə keçirilən Parlament seçkilərində apardıqları “ekzit-poll” tədqiqatına hazırlıq işləri, gedişatı, nəticələri ilə bağlı maraqlı açıqlamalarla çıxış edib. Aparıcının suallarını cavablandıran layihə rəhbəri 2008-ci ildən həyata keçirdikləri “Ekzit-poll” tədqiqatının metodikasının dünya standartlarına uyğun seçildiyini və illər ərzində dəyişmədiyini, eyni zamanda təşkilatı işlərdə sistemin təkmilləşdiyini və bir qədər fərqli aparıldığı bildirib. Onun sözlərinə görə, “ELS”-ın kadrlar bazasında 10 minə yaxın əməkdaşın olmasına baxmayaraq, bu dəfə tədqiqata hənm də yeni kadrlar, xüsusən də gənclər cəlb edilmişdir… FOTOQALEREYA VİDEO Davamı

4.11.2015

“Ekzit-poll” başa çatdı…

Exitpoll-2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi tədqiqatdan maraqlı görüntüləri təqdim edir

Parlament seçkiləri başa çatdı. Seçkiqabağı kampaniya insanların yaddaşlarında nə ilə yadda qaldı? Seçicilər Milli Məclisin yenilənmiş tərkibindən nə gözləyir? Təbii ki, vətəndaş cəmiyyətinin inkişafında özünənəxsus rol oynayan bir təşkilat kimi ELS Müstəqil Araşdırmalar Mərkəzi olaraq bu sualların cavabları bizim üçün də aktual və maraqlıdır. Düşünürük ki, Azərbaycanda keçirilən seçki prosesinin artıq bir tərkib hissəsinə çevrilmiş və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı da uzun müddət seçicilərin yaddaşlarından silinməyəcək. Noyabrın 1-də ölkənin 118 dairəsi üzrə 1180 məntəqəsində həyata keçirdiyimiz “Ekzit-poll” tədqiqatının aparıldığı Bakı və regionlardan maraqlı görüntülərini təqdim etmək istərdik: FOTOQALEREYA  Davamı

4.11.2015

İradə Yaqubova “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqladı

01.11.2015metbuatNoyabrın 1-də səsvermə bitdikdən 40 dəqəqdən sonra “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Tədqiqatın gedişatını işıqlandıran bütün kütləvi informasiya vasitələrinə minnətdarlığını bildirən İ.Yaqubova Mərkəzin fəaliyyətinin hər zaman şəffaf olduğunu vurğulayıb. Beləliklə, ölkə üzrə 118 dairə üzrə nəticələr aşağıdakılardır: Siyahı FOTOQALEREYA  Davamı

1.11.2015

“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 46,2%

Resize of IMG_9204Saat 16:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 46,2% seçici səs verib.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub.

1.11.2015