Bölmə: Ana səhifə

The Washington Times: Dağlıq Qarabağ ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir

washington_times_00Faktlar danılmazdır: Dağlıq Qarabağın statusu – ermənilərin işğal etdiyi Azərbaycan ərazisidir . Day.az xəbər verir ki, bu barədə The Washington Times nəşrində dərc olunmuş “Dağlıq Qarabağda “dondurulmuş” münaqişə” başlıqlı məqalədə  deyilir.

Məqalədə müəllif Azərbaycan ərazilərinin işğalını pisləyən və bu ərazilərdən Ermənistan hərbi qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin evlərini qayıtması üçün şəraitin yaradılması tələb edən beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 884) və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Baş Assambleyasının 14 mart 2008 il qətnaməsini sadalayır. Bundan başqa, beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, NATO, Avropa Birliyi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat işğal olunmuş ərazidə keçirilən qondarma seçkilərin legitimliyini tanımır. Davamı

25.08.2016

Azərbaycanı Rioda daha çox paralimpiyaçı təmsil edəcək

Azərbaycanı Rioda daha çox paralimpiyaçı təmsil edəcəkAzərbaycan paralimpiyaçıları Rioda çıxış etmək üçün daha üç lisensiya alıb.  Day.az saytının məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) bildiriblər. Qurumun prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsindən Azərbaycana daha üç lisenziyanın verilməsi haqqında məktubun daxil olduğunu söyləyib.

Beləliklə, Rio oyunlarında Afaq Sultanova (London Paralimpiya oyunlarının cudo üzrə qızıl medalçı), Ramin Əliyev (cudo) və Hüseyn Hüseynov (atletika). Azərbaycanı Rio-2016 oyunlarında alti idman növündə 27 paralimpiaçı təmsil edəcək. Ümumilikdə isə ölkəyə 44 lisenziya təqdim olunmuşdur. Davamı

25.08.2016

Yeni tədris ilindən məktəbəqədər hazırlıq dövlət hesabına olacaq

Yeni tədris ilindən məktəbəqədər hazırlıq dövlət hesabına olacaq

Yeni tədris ilindən ölkənin əksər orta məktəblərində uşaqların məktəbəqədər təhsilinin dövlət hesabına təşkili mümkün olacaq. Oktyabrın 1-dən başlayacaq məşğələlərin təşkili üçün artıq müəyyən hazırlıqlar görülür. Bunun üçün həmin məktəblər və tədrisi aparacaq pedaqoqlar müəyyənləşdirilir, uşaqların sayı dəqiqləşdirilir. Eyni zamanda əyani vəsait və tədris resursları hazırlanaraq, müvafiq yerlərə göndərilir. Məktəblərdə məşğələlərə sənəd qəbulu ilə bağlı elanların yerləşdirilməsi də nəzərdə tutulub. Davamı

25.08.2016

Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq etdi

Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq etdi2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Sentyabrın 5-nə qədər isə dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Təhsil Nazirliyindən Ölkə.Az-a verilən məlumata görə, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər. Davamı

24.08.2016

Azərbaycanın Olimpiya yığması vətənə dönüb

Azərbaycanın Olimpiya yığması vətənə dönübRio-de-Janeyro Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması vətənə dönüb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar.

Belə ki, hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib. Davamı

23.08.2016