Bölmə: Ana səhifə

17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günüdür

Resize of 17_1Bütün dünyada 17 iyu n Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günü kimi qeyd olunur. Belə ki, iyun ayının 17-i Bakıda Ekologiya və təbii Sərvətlər Nazirliyinin binasında “Ruzigar” Ekoloji İctimai Birliyi səhralaşmaya qarşı beynəlхalq mübarizə günü münasibətilə tədbir keçirib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Хəritəçəkmə Komitəsinin nümayəndələri iştirak edib. Bundan başqa tədbirdə QHT üzvləri də tədbirdə iştirak ediblər. Davamı

18.06.2009

Azərbaycanda keçirilmiş referendumla bağlı “exit-poll”un yekun nəticələri açıqlanıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumun ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. AVCİYA-nın seçki mərkəzinin rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, təşkilat 118 dairə üzrə 3 min məntəqədə müşahidə aparıb, ELS Müstəqil Araşdırma Mərkəzi ilə birlikdə 800 məntəqədə «exit-poll» keçirib. Davamı

29.05.2009

“İki pilləli bələdiyyə sistemi-Azərbaycanda yerli özünü idarəetmənin perspektiv inkişaf istiqaməti kimi”-Dəyirmi Masa

p1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin may ayının 26 tarixində saat 11:00-12:00-da «Caspian Plaza» otelinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında bələdiyyələrin işinin təkmilləşdirilməsinə həsr olunmuş “İki pilləli bələdiyyə sistemi-Azərbaycanda yerli özünüidarəetmənin perspektiv inkişaf istiqaməti kimi” mövzusunda Dəyirmi Masa keçirmişdir. Davamı

26.05.2009

AVCİYA və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin refendumla bağlı məlumatı- Yenilənib

ref12009-cu il 18 mart Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı referendum zamanı AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri barədə məlumatda bildirilir ki, 2009-cu il mart ayının 18-də Referendum zamanı Azərbaycanda 118 seçki dairəsinin 800 məntəqəsində AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 69,7% olmuşdur, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 50%-dən xeyli çox hissəsi tərəfindən dəstəklənmişdir. Davamı

18.05.2009