17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günüdür

Resize of 17_1Bütün dünyada 17 iyu n Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günü kimi qeyd olunur. Belə ki, iyun ayının 17-i Bakıda Ekologiya və təbii Sərvətlər Nazirliyinin binasında “Ruzigar” Ekoloji İctimai Birliyi səhralaşmaya qarşı beynəlхalq mübarizə günü münasibətilə tədbir keçirib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Хəritəçəkmə Komitəsinin nümayəndələri iştirak edib. Bundan başqa tədbirdə QHT üzvləri də tədbirdə iştirak ediblər.

Bütün dünyada 17 iyun Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə günü kimi qeyd olunur. Belə ki, iyun ayının 17-i Bakıda Ekologiya və təbii Sərvətlər Nazirliyinin binasında “Ruzigar” Ekoloji İctimai Birliyi səhralaşmaya qarşı beynəlхalq mübarizə günü münasibətilə tədbir keçirib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Хəritəçəkmə Komitəsinin nümayəndələri iştirak edib. Bundan başqa tədbirdə QHT üzvləri də tədbirdə iştirak ediblər.

Nəzərənizə çatdıraq ki, torpaqların ekstensiv istifadəsi, heyvandarlığın, mal–qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması,  şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması səhralaşmaya səbəb olur. Səhralaşma probleminin qlobal xarakter alacağını başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilmişlər.
Səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT–nin Bas Assambleyası tərəfindən 1994–cü ilin 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunmuşdur.

BMT-nin konvensiyasının 1994-cü ildə qəbul olmuşdur. Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998–ci il 24 aprel tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulmuşdur. Tədbirdə ilk sözə başlayan birliyin sədri İslam Mustafayev bildirib ki, bu konvesiyanın bizim ölkəmiz üçün də vacibdir olduğunu bildirib.

Ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır.
Bundan başqa 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə

Tədbirin davamında problemin aktuallığından danışan iştirakçılar səhralaşmanı yaradan problemlər və onun həlli yolları barədə məlumat verdi. Tədbirdə aparılan müzakirələrdən belə nəticə hasil oldu ki, problemin qarşısının alınması üçün dövlət qurumlarının, elm adamlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətini təşkil etmək vacibdir.Resize of 17_3Resize of 17_2

18.06.2009