Bölmə: Ana səhifə

Əli Həsənov: “İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun, ancaq bizim öz müstəqil xarici siyasətimiz var”

eli hesenov“Bilmirəm, bu gey-parad məsələsi İranın beyninə haradan düşüb?”
“Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır”. APA-nın məlumatına görə, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri belə şərh edib. Davamı

21.05.2012

Mİlli Televiziya və Radio Şurası ölkədə Uşaq Televiyasının açılmasına bu gün zərurət görmür?!

irade-yaqubova-1Halbuki gənc nəslin əxlaqi-mədəni tərbiyələndirilməsinə ən böyük zərbəni elə milli telekanallarımızın yayımladığı verilişlər vurur
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində ölkədə uşaq televiziyasının açılmasının mümkün olub-olmamasına  münasibət bildirib: “Gələcəkdə zərurət yaranacaqsa, biz bunu edəcəyik. Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun. Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq”. Davamı

18.05.2012

ABŞ Konqresinin Alt Komitəsi Dağlıq Qarabağdakı separatçı rejimə ayrılan yardımın miqdarını 2,5 dəfə artırmağı təklif edib

konqresAlt Komitə Barak Obamanın Ermənistana göstərilən yardımı 7,5 milyon dollar azaltmaq təklifini yolverilməz sayır
ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli Komitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib. Davamı

17.05.2012

Azərbaycanda çimərliklərin monitorinqinə başlanıb

chimerlik_bakiRespublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərin monitorinqinə başlayıb. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında yerləşən bütün çimərliklərdən dəniz suyunun nümunələri götürülüb. Davamı

16.05.2012