Milli Məclis “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu”nu qəbul edib. APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra qanun ikinci, sonuncu dəfə müzakirəyə çıxarılıb. Davamı
Bölmə: Ana səhifə
Abdullah Gül: “İnşallah, Ermənistan işğalı altında olan bütün Azərbaycan torpaqları azad ediləcək”
Türkiyə prezidenti Abdullah Gül ölkənin İğdır vilayətinə səfəri çərçivəsində bölgənin və Qafqazın gələcəyinə dair jurnalistlərə açıqlama verib. APA-nın İRİB-ə istinadən məlumatına görə, A. Gül bildirib ki, Qafqazlarda daimi sülhün təmin olunması üçün çox çalışırlar: “İnşallah, Azərbaycanın Ermənistanın işğalı altında olan bütün torpaqları azad ediləcək, qarşılıqlı olaraq keçmişdə baş verənlər unudulacaq və gələcəyə birlikdə baxılacaq. İnşallah, Qafqazlarda daimi sülhü təmin etdiyimizdə bölgə bütün Asiya ilə Avropa arasında çox böyük bir qapı vəzifəsini yerinə yetirəcək. Artıq bunun qoxusunu alan hər kəs bura yavaş-yavaş gəlməyə başlayıb”. Davamı
Azərbaycan ictimaiyyəti dövlət başçısına müraciət etdi
İyunun 8-də Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət göndərilib.
Prezidentə müraciət iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin tanınmış incəsənət xadimləri tərəfindən qəbul olunmuşdur. Davamı

Dünəni zəngin, bu günü qeyri-müəyyən, sabahı sual altında olan uşaq mahnıları….
“Bu gün uşaqlar böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edir, nəticə etibarılə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər”. Bunu iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada bildirib. kiv Davamı