Bölmə: Ana səhifə

ABŞ Enerji İnformasiya Təşkilatı: AB-nin İrana tətbiq edəcəyi qaz sanksiyasından daha çox Türkiyə və Azərbaycan ziyan çəkəcək

AB_nin_Irana_sanksiyasiAvropa Birliyinin (AB) İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiya dünya bazarına çox təsir göstərməyəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Enerji İnformasiya Təşkilatının yaydığı hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, AB-nin İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiyadan daha çox Türkiyə və Azərbaycan Respublikasının bir hissəsi zərər çəkəcək.

Davamı

12.10.2012

Abid Şərifov: “Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda zəlzələyə davamlılıq nəzərə alınmayıb”

Abid_Sherifov“Bakıda mövcud qaydalara riayət olunmadan tikilən 200-dən çox bina var”

“Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda heç bir antiseysmik tədbirlər görülməyib və zəlzələyə davamlılıq nəzərə alınmayıb”. APA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib. Davamı

9.10.2012

Türkiyə Xarici İşlər Nazirliyi: Xankəndi aeroportunun istismara verilməsi cəhdi təxribatdan başqa bir şey deyil

Turkiye_XINTürkiyə Xarici İşlər Nazirliyi Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında yeni aeroportu istismara vermək cəhdlərini pisləyib. APA-nın Türkiyə XİN-ə istinadən yaydığı məlumata görə, bəyanatda Ermənistanın 1992-ci ildən bu yana işğal altında saxladığı Dağlıq Qarabağdakı Xankəndi hava limanını 2012-ci il sentyabrın 28-dən istismara verdiyi və bu hava limanında test uçuşlarının həyata keçirilməsinə hazırlaşdığı qeyd olunur. Davamı

6.10.2012

AŞPA-da Ramil Səfərovun ekstradisiya və əfv edilməsi ilə bağlı dinləmə keçirilib

Ramil_Seferov_foto“Beynəlxalq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında cari məsələ kimi “Ramil Səfərov məsələsi” müzakirə edilib. APA-nın Avropa Şurasındakı müxbirinin xəbərinə görə, bu məsələ ilə əlaqədar çıxışların sonunda heç bir sənəd, qətnamə qəbul olunmasa da, müzakirələr çox qızğın keçib.  Davamı

4.10.2012