Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Növbəti, 14-cü internet serverin Azərbaycanda yerləşdirilməsi bu ölkədə internetin idarə olunması sahəsindəki təcrübəsinin yüksək qiymətləndirilməsinin göstəricisidir. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. Davamı
Bölmə: Ana səhifə
S.Y.Marşakın 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib
Noyabrın 2-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış uşaq şairi, dramaturq, tərcüməçi və tənqidçi Samuil Yakovleviç Marşakın anadan olmasının 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib. Tədbirin təşkilatçılarından biri də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi idi.
Mərkəzin sərgi zalında S.Y.Marşakın əsərləri əsasında uşaqların çəkdiyi şəkil sərgisinin açılış mərasimi oldu. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bədii studiyası və Respublika İncəsənət Gimnaziyasının şagirdləri təqdim olunmuşdur. Davamı
“Mənəvi sərvətimiz” portalı uşaq və yeniyetmələr üçün məlumat bazasıdır
Layihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır:
– Ölkəmizdə uşaqların və boy atan gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş vətəndaşları kimi formalaşması üçün mühüm addımlar atılıb. Dövlət səviyyəsində uşaqların Azərbaycanın gələcəyi olması və cəmiyyətimizin ən zərif hissəsi olduğu prioritet kimi gəbul edilərək uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti də öz növbəsində bu siyasətə dəstək olaraq uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması məqsədilə fəaliyyətini qurmalıdır. Artıq 2 ildir ki bu istiqamətdə ciddi işlər görən “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilk olaraq 2011-ci ilin yanvar ayında ictimai əsaslarla “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə başlayıb. Layihə çərçivəsində gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsindəki vəziyyət və problemlər araşdırılıb, monitorinqlər və rəy sorğuları keçirilib, alınan nəticələr əsasında təkliflər hazırlanıb. Davamı
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
APA-nın məlumatına görə, təbrikdə bildirilir:
“Hörmətli həmvətənlər!
Sizi – Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Davamı
“Formula-1” ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq – SİYAHI
Bakıda keçiriləcək “Formula-1” şou-proqramı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib ki, oktyabrın 24-dən tədbirin hazırlığı, sonrakı günlərdə rəsmi paradla açılışı, ərazidə məşqlərin avtomobillərin start və finişi oktyabrın 28-dək davam edəcək. Yarışlarda 10 ölkənin komandası, 35 avtomobil 14 döngə və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edəcək. Davamı


