Bölmə: Ana səhifə

“ELS” Müstəqil Araşdırma Mərkəzi ANS telekanalının canlı efirində

ans-logoYanvarın 13-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişinin qonağı olub. Verilişdə gənc nəslin formalaşmasında mədəniyyətin rolu, o cümlədən uşaq mahnıları, uşaq və yeniyetmələrin mədəni istirahəti və s. bu kimi aktual məsələrlə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib, çıxış yolları axtarılıb. Söhbət boyu maraqlı fikirlər, sms-lər səslənib. Qəribə də olsa, sms-rin birində Azərbaycanın Avropaya inteqrasiya etməsi səbəbindən uşaqlar üçün yeni mahnıların yazılması və ümumiyyətlə milli mahnı bazasının inkişafına hətta ehtiyac qalmadığı vurğulanıb. Davamı

14.01.2013

Piyadaların təhlükəsizliyi təkcə onlardan asılı deyil

Irada_Yagubova-ELS

Yanvarın 9-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Gənclərin Səsi Radiosunun “Piyada vaxtı” verilişinin qonağı olub. Yarım saat ərzində “Beynəlxalq təcrübədə piyada qaydaları” mövzusu ətrafinda danışan müstəqil ekspert canlı yayımda eyni zamanda Bakı şəhərində piyadaların təhlükəsiz hərəkəti üçün yaradılan şərait, yol hərəkəti qaydalarının pozulma faktlarının son zamanlar artması və s. bu kimi günün aktual suallarını cavablandırıb. Davamı

12.01.2013

Rusiyalı jurnalistlər: “Ağdam şəhəri artıq yoxdur, bura faktiki olaraq daşlıq səhradır”

Karabag“Avtorevyü” Rusiya-Ukrayna jurnalının son sayında Dağlıq Qarabağdan hazırlanmış reportaj dərc olunub

“Avtorevyü” Rusiya-Ukrayna jurnalının 23-cü sayında nəşrin əməkdaşlarının Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfərindən hazırlanmış reportaj dərc olunub. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Onun sözlərinə görə, reportajda işğal altında olan ərazilərdə real vəziyyətlə bağlı məlumatlar yer alıb: “Müxbirlərin Ermənistan sərhədindəki təəssüratlarına dair bir neçə sitat təqdim edirəm. “Xarici pasportlara möhür vurulması bir neçə dəqiqə çəkdi. Gömrükdəki formal proseduraların yerinə yetirilməsinə isə 3 saat sərf olundu. Yox-yox, səbəb konyak deyildi, sadəcə burada belə işləyirlər. Kompüter məftilləri dolaşmış masaların arxasında qaşqabaqlı adamlar oturub, ətraf isə heç nə anlamayan sürücülərlə doludur.  Məlumat kitabçası var, amma hamısı erməni dilindədir. Surətçıxarma aparatları cırıldayır, çap maşınları kağızları çeynəyir, möhürlər blankların üzərinə enir, çap olunmuş qəbzlər bir masadan o birisinə uçur. Və birdən – sakitlik! Serverlə əlaqə yoxdur. Gözləyin! On dəqiqə, iyirmi, qırx… İkinci dəfə rabitə sığortanın sənədləşməsi zamanı kəsilir, vəd olunan 10 dəqiqə əvəzinə kontorda bir saatdan çox vaxt itiririk. Sərhəddə hər avtomobilin xərci təxminən 65 dollar tutdu”. Davamı

12.01.2013

Təbrik edirik!

Hemreylik_Gunu«ELS” Müstəqil Araşdırmalar Mərkəzi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıları, o cümlədən vətəndaş cəmiyyətinin üzvlərini təbrik edir və hər zaman həmrəy olmağa, dövlətçiliyimizi qorumağa və ölkənin milli maraqları üçün çalışmağa səsləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

Yeni_il_ilan«ELS” Müstəqil Araşdırmalar Mərkəzi qarşıdan gələn 2013-cü il münasibətilə Azərbaycan xalqını təbrik edir, əminamanlıq, uğurlar və can sağlığı arzulayır.

Əziz dostlar! Qoy Yeni il yeni planlar, yaradıcı ideyalar, xoş xəbərlər və uğurlarla zəngin olsun. Stabillik, etibarlılıq və inkişaf sizinlə əməkdaşlığımızın zəminidir. Sag olun ki, bizimləsiz! Biz sizin üçün çalışırıq!Yeni iliniz mübarək!

29.12.2012

Bu gün Azərbaycan Prezidentinin ad günüdür

Ilham_Eliyev_ad_gunuİlham Əliyevin 51 yaşı tamam olur

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. Davamı

24.12.2012