Bu gün Azərbaycan Prezidentinin ad günüdür

Ilham_Eliyev_ad_gunuİlham Əliyevin 51 yaşı tamam olur

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994- cü illərdə özəl biznez sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə sonra isə birinci vitse-prezidenti olub. İki dəfə- 1995 və 2000-ci illərdə Milli Məclisə seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının baş naziri təyin edilib.

2003-cü il oktyabrın 15-də prezident seçkilərində qalib gəldikdən sonra vəzifəsinin icrasına başlayıb. Beş il sonra, 2008-ci ildə ikinci dəfə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.

Rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir, üç övladı, iki nəvəsi var.

Ad gününüz mübarək, cənab Prezident!

24.12.2012