Bölmə: Ana səhifə

Əziz xanımlar!

8mart_tebriki“ELS” Müstəqil Araşdırmalar Mərkəzi sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayır. 

Azərbaycan qadını hər zaman parlaq həyat mövqeyi və yüksək fəallığı ilə seçilib. Bu gün də cəmiyyətimizin müasir simasının formalaşmasında Azərbaycan qadınının ictimai yeri və rolu danılmazdır. Yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirən qadınlarımız istər siyasət, istər iqtisadiyyat, elm, təhsil, biznes, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar qazanır, dövlətin rifahı üçün çalışırlar. Cəmiyyətdə sülh və əminamanlığı qoruyan, ailədə övladlarının tərbiyyəsi ilə məşqul olan Azərbaycan qadını həyatın ən gözəl nemətlərinə layiqdir. 

Əziz xanımlar!

Arzu edərdik ki, bahar təbəssümü üzünüzdən əskik olmasın! Bayramınız mübarək!

7.03.2013

20 yanvar – Ümumxalq matəm günüdür

sehidler-xiyabaniAzərbaycan yanvar hadisələrinin 23-ü ildönümünü qeyd edir

1990-cı il yanvarın 20-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv hərəkətləri, həmçinin keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına qarşı xalq kütləsinin irimiqyaslı çıxışlarının qarşısını almaq məqsədilə sovet qoşunlarının hərbi hissələrinin Bakıya yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı. Davamı

19.01.2013

“Biz yol hərəkəti qaydalarını öyrənirik”

01Seminarda “ELS” Müstəqil Araşdırma Mərkəzinin əməkdaşları da iştirak edib

Yanvarın 19-də “Həyat” Beynəlxalq Humanitar Təşkilatı “Biz yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda təlim-seminar təşkil etmişdir. Dövlət Yol Polisinin əməkdaşları, ictimai təşkilatlar və məktəbdəndənkənar müəssisələrin nümayəndələri, məktəb müəllimlərinin iştirak etdikləri tədbirə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşı Səbuhi Xudabaxışov da qatılmışdır. Davamı

18.01.2013

Məshəti Gəncəvi – 900

Ilham-Eliyev-serencamAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri vardır. Davamı

17.01.2013

2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildi

Ilham_Eliyevİlham Əliyev: “Azərbaycan kosmik ölkəyə çevrilir”

“Gələn ay Azərbaycan birinci telekommunikasiya peykini  orbitə çıxarılacaq. Bu tarixi hadisədir”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. “Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcək. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik”, deyə dövlət başçısı qeyd edib. Davamı

16.01.2013