“Beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunub: Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uyğun olaraq, tam dəstəyə layiqdir”. APA-nın məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional İnkişaf və Petisiya Komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış edib. Davamı
Bölmə: Ana səhifə
Prezidentliyə namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi vaxtı başa çatıb
APA-nın məlumatına görə, qanunvericiliyə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə 30 gün qalmış saat 18.00-dək namizədin sənədlərini təqdim etməlidir. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkilərin Təqvim Planına görə həmin müddət bu gün – sentyabrın 9-da saat 18.00-da yekunlaşıb. Sənədlərin qəbuluna 2013-cü il avqustun 20-də start verilib. Davamı
Azərbaycana səfər edəcək AŞPA-nın seçkiöncəsi müşahidə missiyasının tərkibi məlum olub
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərindən öncəki vəziyyəti öyrənmək məqsədilə sentyabrın 11-13-də Bakıda səfərdə olacaq. APA-nın Avropa müxbirinin məlumatına görə, 7 nəfərdən ibarət nümayəndə heyətinə britaniyalı parlamentar Robert Valter rəhbərlik edəcək. Nümayəndə heyəti ölkə prezidenti və prezidentliyə namizəd İlham Əliyevlə, Milli Məclisin sədri, daxili işlər naziri, prezidentliyə namizədlər, Milli Şurada cəmləşmiş müxalifət partiyalarının təmsilçiləri ilə görüşlər keçirəcəklər. Davamı
Azərbaycanda prezident seçkilərində “exit-poll”u APA-nın sifarişi ilə ABŞ şirkəti aparacaq
Bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın Arthur J. Finkelstein & Associates (AJF) şirkəti həyata keçirəcək.
APA-nın xəbərinə görə, şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala imzalayıblar. Davamı
Sərsəng su anbarının vəziyyətinə dair qətnamə təklifi AŞPA Bürosunda təsdiqlənib
02Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sədarət Komitəsinin “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifi AŞPA-nın bu gün Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib. Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov məlumat verib. O bildirib ki, qətnamə təklifi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilib. Oktyabr ayında assambleyanın plenar iclasında məruzə əsasında qətnamə layihəsinin müzakirəyə çıxarılması gözlənilir. Davamı


