Bakının mərkəzində küçə yeməyi festivalı başa çatıb

Oktyabrın 24-29-da yenidən Bakının mərkəzində, şəhərin ən parlaq və dadlı festivallarından biri olan “Food and Drinks Fest” keçirilib. Milli.Az Trend-ə istinadən bildirir ki, festival “Meal For Real” komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib.

Festival bu dəfə Fəvvarələr meydanında keçirilib. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etməkdir. Festival qonaqlarını daha zəngin mədəni proqram – populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələrlə sevindirib. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif ediblər.

Oktyabrın 24-dən 28-dək saat 11:00-dən 23:00-a qədər davam edən festivalın əsas məqsədi – küçə yeməyinin təkcə tez qəlyanaltı deyil, həm də yeni dadlar və hisslər dünyasına qapı açan bütöv bir mədəniyyət olduğunu nümayiş etdirmək olub. Və bu əsas məqsəd özünü doğruldub.

Xatırladaq ki, bu, sayca IV Küçə yeməyi festivalıdır. 2017-2018-ci illərdə “Baku Street Food Festival”, “Baku Sweet November” və “Baku Summer Food Fest” festivalları keçirilib.

30.10.2018