Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, təhsil nazirinin əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarına əsasən ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır. Davamı
Daily Archives: 04/23/2014
2014-cü il tarixdə ən isti il olacaq
2014-cü il meteomüşahidə tarixində ən ist il ola bilər.Dünyanın bir regionun sakinlərini çoxsaylı yanğınlar və quraqlıq, digər regionun sakinlərini isə leysan və daşqınlar gözləyir. Təbii kataklizmin səbəbkarı isə «El-Nino» fenomenidir. Bu barədə Almaniyanın Gissen Universitetinin alimləri bildirib. Ekspertlər artıq çoxdandır ki, Sakit okeanın ekvatorial hissəsində suyun üst qatında temperatur dəyişməsinə təsir edən «El-Nino»nu izləyirlər. Davamı
Azərbaycan keçmiş SSRİ ölkələrinin vətəndaşlarının sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul olunmasına münasibət bildirib
“Hər bir ölkənin öz miqrasiya siyasəti var. Vətəndaşlığa qəbul hər bir ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir və bu, hər bir ölkənin suveren hüququdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Davamı


