Türkiyənin populyar Fuar tour (www.fuartour.com) turizm saytı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verdiyi səhvi düzəldib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, Fuar tour (www.fuartour.com) turizm saytında ölkəmizin ərazi bütövlüyü təhrif olunmuşdu. Saytın vizalar haqqında məlumat bölməsində turizm səfərləri olan ölkələrin siyahısı yerləşdirilmişdi. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ayrı respublika kimi göstərilirdi. Həmin bölgə “Dağlık Karabağ Cumhuriyeti” adı ilə qeyd olunmuşdu. Məsələnin ciddiliyini nəzərə alaraq, Day.Az saytı oxucularına təklif etmişdi ki, səhvin düzəldilməsi ilə bağlı qardaş ölkənin saytına müraciət etsinlər. Oxucuların verdikləri məlumata əsasən, sayt artıq həmin səhvi düzəldib. Məkub göndərilərkən isə səhvə yol verildiyindən üzrhaqlıq ediblər. Davamı
Türkiyənin populyar turizm saytı Azərbaycanla bağlı səhvini düzəltdi
11.04.2014



