Azərbaycan Moskvanın Biryulevo rayonunda qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalova konsulluq dəstəyinin göstərilməsi tələbi ilə Rusiya Xarici İşlər Nazirliyinə nota verib. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib: “Notanı dünən təqdim etmişik”. Davamı
Monthly Archives: October 2013
AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları: Azərbaycanda seçki azad, ədalətli və şəffaf keçirilib
AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib. APA-nın xəbərinə görə, bunu hər iki qurumdan olan müşahidəçilərin keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki deyib. O, dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”. Davamı
“Ekzit-poll” – 16:00
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 400 məntəqədə 1100 nəfər supervayzer və intervüerlə həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı davam edir. Şəffaf qutulardan gün ərzində 4 dəfə (hər 3 saatdan bir), yəni saat 10:00, 13:00, 16:00 və 19:00-da çıxarılan anketlərin nəticələri “ELS”-ın “Ambassador Hotel”-dəki qərargahına ötürülür.
Saat 16.00 olan məlumata görə, “Ekzit-poll”da seçicilərin 62,3%-i iştirak edib. Davamı
“Ekzit-poll” – 13:00
Oktyabrın 9-da səhər saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 5175 seçki məntəqəsinin 400-də “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 13.00 olan məlumata görə, “Ekzit-poll”da seçicilərin 41,8%-i iştirak edib.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin tədqiqatında 1100 nəfər supervayzer və intervüer iştirak edir. Davamı
“Ekzit-poll” – 10:00
Oktyabrın 9-da səhər saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 5175 seçki məntəqəsinin 400-də “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 18,1% iştirak edib. Davamı


