“Ekzit-poll” – 10:00

Secki-Ekzitpoll2013Oktyabrın 9-da səhər saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 5175 seçki məntəqəsinin 400-də “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 18,1% iştirak edib.

Xatırladaq ki, hər məntəqənin çıxacağında bir supervayzer və iki intevüer işləyir, məntəqədə səs verib çıxan hər 4-cü seçici tədqiqatda iştirak etmək üçün dəvət olunur və tam məxfi şəkildə anketdəki suallara cavab verir. Anonim şəkildə keçirilən sorğu prosesində anketlərə prezidentliyə namizədlərin siyahısı ilə yanaşı, bir sıra başqa suallar da daxil edilmişdir. Bunlar demoqrafik göstəricilər (yaş, cins, məşğuliyyət), səsvermə prosesinin təşkilinə münasibət və s. ibarətdir. Nəticədə fəal elektoratın sosial-demoqrafik göstəriciləri, konkret namizədin və ya partiyanın elektoratı, səsvermə prosesinin obyektivliyi, namizədin müəyyənləşdirilməsi vaxtı və buna təsir edən amillər, habelə digər məlumatlar əldə edilir. Şəffaf qutulardan gün ərzində 4 dəfə (hər 3 saatdan bir), yəni saat 10:00, 13:00, 16:00 və 19:00-da çıxarılan anketlərin nəticələri “ELS” qərargahına ötürülür. Təşkilat öz növbəsində seçki məntəqələrində seçicilərin fəallığı haqqında məlumatları ictimaiyyətə mətbuat vasitəsilə açıqlayır. Namizədlərlə bağlı alınan nəticələr seçkinin gedişatına təsir göstərməmək məqsədilə yalnız səsvermə bitdikdən təxminən bir saat sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, tədqiqatda “ELS”-in treninqlərində “Ekzit-poll”un keçirilmə qaydalarına yiyələnmiş 1100 nəfər supervayzer və intervüer iştirak edir.

9.10.2013