“Ekzit-poll” – 16:00

09.10.2013-16.00“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 400 məntəqədə 1100 nəfər supervayzer və intervüerlə həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı davam edir. Şəffaf qutulardan gün ərzində 4 dəfə (hər 3 saatdan bir), yəni saat 10:00, 13:00, 16:00 və 19:00-da çıxarılan anketlərin nəticələri “ELS”-ın “Ambassador Hotel”-dəki qərargahına ötürülür.

Saat 16.00 olan məlumata görə, “Ekzit-poll”da seçicilərin 62,3%-i iştirak edib.

Namizədlərlə bağlı alınan məlumatların seçkinin gedişatına təsir göstərməməsi üçün nəticələr  səsvermə bitdikdən təxminən bir saat sonra ictimaiyyətə açıqlanacaq.

9.10.2013