Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Davamı
Monthly Archives: August 2012
Azərbaycan Səhiyyə Nazirliyi qatarla avtobusun toqquşması nəticəsində 6 nəfərin öldüyünü, 41 nəfərin yaralandığı açıqlayıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, qəza nəticəsində 6 nəfər ölüb, 41 nəfər yaralanıb. Hadisə barədə saat 7.28 radələrində “103” xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilib. “103” xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərib, daha sonra isə onları xəstəxanalara çatdırıb. Davamı
Efir məkanında uşaq verilişlərinin mövcud vəziyyəti
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi “Aktual qonaq” verilişinin qonağı oldu
“Təəssüflər olsun ki, Azərbaycanın efir məkanında son illər uşaq verilişləri ilə bağlı müsbət dəyişikliklər müşahidə olunmur”. Bunu avqustun 29-da “Xəzər” TV-in canlı efirinda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib. Onun sözlərinə görə, artıq 2 ildir ki, rəhbərlik etdiyi qurum bu aktual problemi araşdırır və çıxış yolları axtarır. Çoxsaylı sorğu və monitorinqlər, ictimai müzakələr, dövlət başçısına qəbul olunan müraciətlər, o cümlədən “Uşaq Telekanalı”nın yaradılması ilə bağlı təkliflər paketi bu problemin aradan qaldırılacağına dair ümid verir. Davamı


